PASHA Bank Georgia 2026-cı ilin I rübünü mənfəətlə başa vurub

PASHA Bank Georgia 2026-cı ilin I rübünü mənfəətlə başa vurub

BİZNES
351

Fins.az - PASHA Bank-ın Gürcüstandakı törəmə şirkəti PASHA Bank Georgia 2026-cı ilin birinci rübünü xalis mənfəətlə başa vurub.

Bankın açıqladığı məlumata görə, hesabat dövründə xalis mənfəət 4,074 milyon lari (təxminən 2,567 milyon manat) təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 915 min lari zərərdən əhəmiyyətli yaxşılaşma deməkdir.

Vergidən əvvəlki mənfəət 4,307 milyon lari, mənfəət vergisi üzrə ödənişlər isə 233 min lari olub.

Gürcüstan bankının aktivləri 1 aprel tarixinə 669,046 milyon lari təşkil edib. Kredit portfeli isə 7,8% artaraq 417,279 milyon lariyə yüksəlib.

Maliyyə göstəriciləri bankın əməliyyat səmərəliliyinin və kredit fəaliyyətinin gücləndiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
PASHA Bank Georgia 2026-cı ilin I rübünü mənfəətlə başa vurub — Fins.az — Fins.az