“PAŞA Technology”nin kapitalı ARTIRILIB

“PAŞA Technology”nin kapitalı ARTIRILIB

BİZNES
647

“PAŞA Holdinq” MMC-yə məxsus “PAŞA Technology” MMC-nin nizamnamə kapitalı daha 1 milyon 258 min 357 manat və yaxud 8,9% artırılıb.

Fins.az xəbər verir ki, Şirkətin kapitalı 14 milyon 100 min 100 manatdan 15 milyon 358 min 457 manata çatdırılıb.

Bu ilin yanvar ayında da “PAŞA Technology” MMC-nin nizamnamə kapitalı 1 milyon manat artırılmışdır.

Xatırladaq ki, “PAŞA Technology” 2018-ci ildə yaradılıb. Şirkət holdinqin törəmə şirkətlərini informasiya texnologiyaları xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətləri ilə təmin edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“PAŞA Technology”nin kapitalı ARTIRILIB — Fins.az — Fins.az