Ötən ilsu ehtiyatlarından səmərəli istifadə üçün 540 milyon manat ayrılıb

Ötən ilsu ehtiyatlarından səmərəli istifadə üçün 540 milyon manat ayrılıb

BİZNES
625

2024-cü ildə ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyə təminatı üçün 540 mln. manat məbləğində vəsait yönəldilib.

Finss.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 453 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən ilsu ehtiyatlarından səmərəli istifadə üçün 540 milyon manat ayrılıb — Fins.az — Fins.az