Ötən il dəmir yolu, su və hava nəqliyyatında yük daşımaları açıqlanıb

Ötən il dəmir yolu, su və hava nəqliyyatında yük daşımaları açıqlanıb

BİZNES
260

2025-ci il ərzində nəqliyyat sektoru üzrə bütün növ nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2024-cü illə müqayisədə 1,8% artaraq 243,2 milyon ton təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata əsasən, hesabat dövründə ümumi yük dövriyyəsi 3,4% artaraq 100,3 milyard ton-km olub. Daşınan yüklərin 151,7 milyon tonu avtomobil nəqliyyatı, 16,8 milyon tonu dəmir yolu, 9,1 milyon tonu su nəqliyyatı, 0,391 milyon tonu hava nəqliyyatı vasitəsilə daşınıb. Eyni zamanda, 65,3 milyon ton yük boru kəmərləri vasitəsilə nəql edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...