
Orxan Məmmədov:2019-cu ildə ölkəyə idxal olunan zərgərlik məmulatlarının dəyəri 15,6 milyon dollar təşkil edib
2019-cu ildə ölkəyə idxal olunan zərgərlik məmulatlarının dəyəri 15,6 milyon dollar təşkil edib ki, bu da real bazar həcmindən dəfələrlə aşağı göstəricidir.
Fins.az xəbər verir ki, bunu Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar mövzusunda təşkil olunan sahibkarlara görüşdə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, göstəricilərin bu səviyyədə olması idxal rüsumlarının çox olması, qaçaqmalçılıq, məhsul idxalciların vergidən yayınma məqsədi ilə əməliyyatların qeyri leqal həyata keçirilməsi ilə bağlıdır. "Bu sahədə məhsulların keyfiyyətinə və əyyar göstəricilərinə dövlət nəzarətinin həyata keçirəcək qurumunun hazırda fəaliyyət göstərməməsi, bazar iştirakçılarılarinin eləcedə istehlakçıların hüquqlarının pozulması hallarını artırır",- deyə O. Məmmədov qeyd edib.