OpenAI və Microsoft yaxın həftələrdə yeni tərəfdaşlıq şərtləri barədə razılığa gələ bilər

OpenAI və Microsoft yaxın həftələrdə yeni tərəfdaşlıq şərtləri barədə razılığa gələ bilər

BİZNES
476

Finss.az xəbər verir ki, Amerikanın süni intellekt şirkəti OpenAI və onun ən böyük investorlarından biri olan “Microsoft Corp.” yaxın həftələrdə yeni əməkdaşlıq şərtləri barədə razılığa gələ bilər.

Agentliyin bəzi mənbələrinin məlumatına görə, tərəflər, həmçinin startapda ümumi süni intellektin (GAI, insan səviyyəsində intellektə malik kompüter proqramı – İ.F.) uğurla inkişaf etdiriləcəyi təqdirdə Microsoft-un ən son OpenAI modellərinə çıxışının saxlanılması imkanlarını müzakirə ediblər. Tərəflərin 2030-cu ildə başa çatacaq hazırkı müqaviləsi, GAI inkişaf etdirəcəyi təqdirdə Microsoft-un OpenAI texnologiyalarına bəzi hüquqlarını itirəcəyini nəzərdə tutur.

Danışıqlar müntəzəmdir və bəzi Bloomberg mənbələrinə görə, şirkətin baş direktorları Sam Altman və Satya Nadella Aydahoda Allen & Co. konfransında çıxış ediblər.

Tərəflər həmçinin startapın planlaşdırılan restrukturizasiyasından sonra Microsoft-un OpenAI-dəki payının həcmini müzakirə edirlər. Microsoft buna təxminən 13,75 milyard dollar sərmayə qoyub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
OpenAI və Microsoft yaxın həftələrdə yeni tərəfdaşlıq şərtləri barədə razılığa gələ bilər — Fins.az — Fins.az