Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana gələcək

Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana gələcək

BİZNES
834

Rusiya Federasiyasının Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana səfər edəcək.

Fevralın 5-8-də Bakıda Azərbaycan və Novosibirsk vilayətinin müəssisələri arasında iqtisadi əməkdaşlıq isiqamətində bir sıra işgüzar görüşlər keçiriləcək.

Biznes missiyaya bölgənin sənaye və aqrosənaye kompleksinin aparıcı müəssisələri daxildir. Səfər çərçivəsində hökumət nümayəndələri, müvafiq təşkilatlar və işgüzar dairələrlə danışıqlar aparılacaq.

Bu tədbirlərin keçirilməsi Novosibirsk vilayətinin sənaye və investisiya potensialını təqdim etməyə, mövcud olanları möhkəmləndirməyə, yeni inteqrasiya əlaqələrini qurmağa və ticarət dövriyyəsinin artmasına imkan yaradacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana gələcək — Fins.az — Fins.az