
Niyazi Səfərov:İqtisadiyyat Nazirliyi tərəfindən 94 xidmətdən 68-i elektronlaşdırılıb
İqtisadiyyat Nazirliyi tərəfindən 94 xidmətdən 68-i elektronlaşdırılıb.
Fins.az-ın məlumatına görə bunu “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda çıxış edərkən İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov deyib. O bildirib ki, "İqtisadiyyat Nazirliyi tərəfindən 94 xidmətdən 68-i elektronlaşdırılıb. Elektron xidmətlərdən 5-i informativ xidmətlərdir. 68 xidmət eletron xidmətlərin elekron reysterinə daxil edilmişdir." O həmçinin bildirib ki,"Eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən göstətilən elektron xidmətlərin 2018-ci ildə olan göstəriciləri nəzərinizə çatdırmaq istərdim. 2018-ci ildə 94 mindən çox, 2019-cu ildə 96 mindən çox müraciət daxil olub".