Niyazi Səfərov: "Göstərilən dəstək və diqqət nəticəsində belə sürətlə bu istehsal sahəsi yaradılmışdır"

Niyazi Səfərov: "Göstərilən dəstək və diqqət nəticəsində belə sürətlə bu istehsal sahəsi yaradılmışdır"

BİZNES
664

"Göstərilən dəstək və diqqət nəticəsində belə sürətlə bu istehsal sahəsi yaradılmışdır"

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov deyib 

O qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublika birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye parkının rezidenti Bakı Tikiş Fabriki tərəfindən Azərbaycanda maska istehsalı ilə bağlı zavodun açılış mərasimi keçirilmişdir. Cənab prezident tədbirdə Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki, bu gün baş verən hadisə çox əlamətdar  hadisədir."

Daha sonra deyib  ki, "Bildiyiniz kimi dünyada çox ciddi koronavirus pandemiyası baş verir. İqtisadiyyata sosial duruma, əhaliyə çox ciddi fəsadlar yaradır. Belə şəraitdə ölkə prezidenti tərəfindən Azərbaycan dövlətinin,Azərbaycan xalqının, vətəndaşların təhlükəsizliyi  istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.Cənab prezident Azərbaycanda tibbi ləvazimatların istehsalı və bu istiqamətdə zəruri işlərin görülməsi ilə bağlı tapşırıqlar verib.Çox qısa müddətdə - 2 həftə ərzində sahibkar tərəfindən maska istehsalı üçün lazım olan avadanlıqlar və xammal alınmış və dövlət dəstəyi göstərilməklə Azərbaycana gətirilib.

Nazir müavini həmçinin deyib ki, "Bildiyiniz kimi,baş verən hadisə ilə bağlı bir çox xarici dövlətlərdə tibbi ləzvazimatların və tibbi maskaların ixracına qadağa qoyulub. Belə vəziyyətdə çox qısa  müddətdə Azərbaycanda belə istehsalı təşkili onu göstərir ki, cənab prezident Azərbaycan xalqının sağlamlığı və rifahı istiqamətində görülən tədbirlər üçün sahibkarla bu illər ərzində göstərilən dəstək və diqqət nəticəsində belə sürətlə bu istehsal sahəsi yaradılmışdır.

Niyazi Səfərov daha sonra  "Qeyd etmək istərdim ki, Azərbaycana bu günə qədər  tibbi maskalar tam idxal olunub. Zavodun açılışı zamanı cənab prezident qeyd etdiyi kimi bizim idxaldan asılılığımız  kəsiləcək artıq özünü tibbi maskalarla təmin edəcəyik. Eyni zamanda tədbir çərçivəsində istehsal sahəsində sərgi də təşkil olunmuşdur" -deyə qeyd edib 

Müəllif;Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Niyazi Səfərov: "Göstərilən dəstək və diqqət nəticəsində belə sürətlə bu istehsal sahəsi yaradılmışdır" — Fins.az — Fins.az