Niyazi Səfərov: 1 mart 2019-cu ildən bu günədək bu platforma vasitəsilə 1500-dən çox lisenziya verilib

Niyazi Səfərov: 1 mart 2019-cu ildən bu günədək bu platforma vasitəsilə 1500-dən çox lisenziya verilib

BİZNES
788

Azərbaycanda lisenziyalar və icazələr portalının fəaliyyətə başladığı 1 mart 2019-cu ildən bu günədək bu platforma vasitəsilə 1500-dən çox lisenziya verilib. Fins.az-ın məlumatına görə bunu “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda çıxış edərkən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Onun sözlərinə görə, ötən il bu portalın fəaliyyəti təkmilləşdirilib və informasiya sistemlətinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilib və sahibkarlara portal vasitəsilə 800-dən çox elektron lisenziya verilib.

2018-ci ildə Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə edilən müraciətlərin sayı 94 min olubsa, 2019-cu ildə bu rəqəm 96 minə çatıb",- deyə nazir müavini qeyd edib

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Niyazi Səfərov: 1 mart 2019-cu ildən bu günədək bu platforma vasitəsilə 1500-dən çox lisenziya verilib — Fins.az — Fins.az