Nəqliyyat şirkətlərinin xaricdəki xərclərinin gəlirlərindən çıxılması müzakirə olunub

Nəqliyyat şirkətlərinin xaricdəki xərclərinin gəlirlərindən çıxılması müzakirə olunub

BİZNES
401

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi nazirliyin İctimai Şurasının və “Nəqliyyat Ekspeditor Şirkətləri Assosasiyası” İctimai Birliyinin nümayəndələri ilə onlayn formatda görüş keçirib.

"Fins.az" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, görüşdə xarici ölkələrdə çəkilən xərclərin gəlirlərdən çıxılması, logistika sahəsində uçot və hesabatlılığın sadələşdirilməsi, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması ilə bağlı Assosiasiyanın irəli sürdüyü təkliflər müzakirə edilib.

Dövlət - biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nəqliyyat şirkətlərinin xaricdəki xərclərinin gəlirlərindən çıxılması müzakirə olunub — Fins.az — Fins.az