Neft-qaz sektoruna yatırımlar 23%-dən çox azalıb

Neft-qaz sektoruna yatırımlar 23%-dən çox azalıb

BİZNES
399

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın neft-qaz sektoruna 1 milyard 37,7 milyon manat həcmində investisiya yönəldilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəqəmlər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə (1 milyard 351 milyon manat) sektora yatırılan vəsaitin həcmi 23,2% azalıb.

Qeyd edək ki, 2024-cü ilin yekununa əsasən, neft-qaz sektoruna ümumilikdə 5 milyard 738,7 milyon manat vəsait sərf olunmuşdu. 2023-cü illə müqayisədə bu, 8,4% azalma deməkdir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft-qaz sektoruna yatırımlar 23%-dən çox azalıb — Fins.az — Fins.az