Amerika-Azərbaycan Ticarət Palatası  30 il ərzində ticarət və investisiya platforması rolunu oynayıb – Reza Vəziri

 Amerika-Azərbaycan Ticarət Palatası  30 il ərzində ticarət və investisiya platforması rolunu oynayıb – Reza Vəziri

BİZNES
347

Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatası (USACC) tərəfindən ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı təşkil olunub. Tədbir palatanın 30 illik yubileyinə həsr olunub və ABŞ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı gücləndirməyə yönəlib.

Fins.az xəbər verir ki, konfrans çərçivəsində ikitərəfli ticarət, texnologiya, enerji infrastrukturu və maliyyə əməkdaşlığı mövzularında panel müzakirələr keçirilib. Tədbirdə Azərbaycanın iqtisadiyyat və energetika nazirliklərinin yüksək vəzifəli nümayəndələri, SOCAR və digər iri şirkətlərin rəhbərləri, həmçinin ABŞ-dən “DFC”, “USTDA”, “McLarty Associates”, “Honeywell” və “EXIM Bank” kimi qurumların təmsilçiləri iştirak ediblər.

Əsas məqamlardan biri Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə “HAIMAKER.AI” Inc arasında yeni nəsil rəqəmsal platforma yaradılması üzrə Anlaşma Memorandumunun imzalanması olub.

USACC Direktorlar Şurasının sədri Reza Vəziri bildirib ki, palata 30 il ərzində ABŞ-Azərbaycan münasibətlərində ticarət, investisiya və strateji əməkdaşlıq platforması rolunu oynayıb və gələcəkdə bu tərəfdaşlığı daha da dərinləşdirmək niyyətindədir.

Konfrans həmçinin ikitərəfli ticarət və iqtisadi əməkdaşlığa töhfə verən şirkətlərin mükafatlandırılması mərasimi ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Amerika-Azərbaycan Ticarət Palatası 30 il ərzində ticarət və investisiya platforması rolunu oynayıb – Reza Vəziri — Fins.az — Fins.az