Nazir: Aprelin sonunadək İqtisadiyyat Nazirliyi dövlətin kredit zəmanəti proqramını istifadəyə verəcək

Nazir: Aprelin sonunadək İqtisadiyyat Nazirliyi dövlətin kredit zəmanəti proqramını istifadəyə verəcək

BİZNES
534

İqtisadiyyat Nazirliyi koronavirus pandemiyası şəraitində vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə işi başa çatdırıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə iş başa çatdırılıb. Həmkar strukturların vizalarının razılaşdırılması prosesi həyata keçirilir. Dövlətin kredit zəmanəti dəstəyinin verilməsi istiqamətində dövlət sektoru və banklarla iş başa çatmaq üzrədir. Bizim hədəfimiz bu ayın sonuna qədər proqramı işlək vəziyyətə gətirməkdir”, - Cabbarov Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.

“Mən xüsusilə qeyd etmək istəyirəm ki, biz bank sektoru ilə birgə müəyyən olunmuş çərçivədə bu işi həyata keçiririk və məhsuldar iş gedir. Həmçinin yeni iqtisadi şəraitdə, tədbirlər planında müəyyən edilmiş iqtisadiyyatın 8 sektorunda müvafiq sektoral planlar üzərində işlərə başlanılıb”, - nazir bildriib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nazir: Aprelin sonunadək İqtisadiyyat Nazirliyi dövlətin kredit zəmanəti proqramını istifadəyə verəcək — Fins.az — Fins.az