“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!

“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!

BİZNES
1,290

Azərbaycanın bölgələrində “Nar”a qoşulmaq istəyən abunəçilər üçün “Yerlim+” tarifinin ilk abunə haqqı indi cəmi 2 AZN oldu! Bölgələrdə yaşayan abunəçilər “Yerlim+” tarifinə qoşulmaqla bütün ölkə ilə dəqiqəsi cəmi 5 qəpikdən danışa bilər.

Fins.az xəbər verir ki, “Yerlim+” tarifi çərçivəsində abunəçilərə bonus olaraq 100 dəqiqə ölkədaxili danışıq dəqiqələri, 300 MB internet və ödənişsiz “WhatsApp” yazışması təqdim edilir. Bölgələrdəki abunəçilər yeni “Nar” nömrəsini “Yerlim+” tarifində əldə etdiyi halda ilk ayın abunə haqqına 50% endirim əldə edir.

Xatırladaq ki, tarifin standart abunə haqqı aylıq 4 AZN-dir. Dəqiqələrə görə məbləğin hesablanması isə yalnız tarifin dəqiqə bonusları bitdikdən sonra aparılır. “Yerlim+” tarifi haqqında ətraflı: nar.az/yerlim-plus/

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu! — Fins.az — Fins.az