Müdafiə sənayesi məhsullarının istehsalı 44,1% artıb

Müdafiə sənayesi məhsullarının istehsalı 44,1% artıb

BİZNES
235

2025-ci ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulların həcmində əhəmiyyətli artım qeydə alınıb.

Fins.az xəbər verir ki, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, müdafiə sənayesi müəssisələrinin istehsal etdiyi məhsulların həcmi əvvəlki illə müqayisədə 44,1% artıb.

Hesabatda qeyd olunur ki, ötən il nazirliyin müəssisələri tərəfindən ixrac edilən məhsulların həcmi də artaraq əvvəlki illə müqayisədə 57% yüksəlib. Bu artım müdafiə sənayesində istehsal potensialının genişləndirilməsi və beynəlxalq bazarlarda marağın artması ilə əlaqələndirilir.

Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlarla mülki və ikili təyinatlı məhsulların istehsalı üzrə imzalanmış müqavilələr çərçivəsində öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirildiyi bildirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Müdafiə sənayesi məhsullarının istehsalı 44,1% artıb — Fins.az — Fins.az