Moldova SOCAR-la davamlı dialoqa maraq göstərir - Moldovanın Baş nazirinin müavini

Moldova SOCAR-la davamlı dialoqa maraq göstərir - Moldovanın Baş nazirinin müavini

BİZNES
497

Fins.az - Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə açıq olduğunu bildirib.

Popşoi vurğulayıb ki, enerji sektoru Azərbaycan-Moldova münasibətlərində əsas istiqamətlərdən biridir və təbii qaz mənbələrinin və tədarük marşrutlarının şaxələndirilməsi vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi Moldova üçün prioritetdir. O, 2022-ci ildəki enerji böhranı zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Moldova Azərbaycanla əməkdaşlığı yalnız təbii qaz tədarükü sahəsində deyil, həm də enerji infrastrukturu və birgə layihələr üzrə genişləndirməyə hazırdır. Dövlət şirkəti Energocom vasitəsilə SOCAR-la davamlı dialoq aparılır və “yaşıl enerji dəhlizi” layihəsinə maraq göstərilir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Moldova SOCAR-la davamlı dialoqa maraq göstərir - Moldovanın Baş nazirinin müavini — Fins.az — Fins.az