
Mikayıl Cabbarov:Özbəkistan şirkətlərini ölkəmizin əlverişli investisiya və biznes mühitindən yararlanmağa dəvət etdik
Sənaye, energetika, investisiya, kiçik və orta biznes, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün geniş imkanlar var. Bu barədə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında ətraflı müzakirə apardıq.
"Fins.az" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.
O fikirlərinin davamında "Həmkarlarımıza #işğaldan azad edilmiş ərazilərimizin potensialı barədə məlumat verdik, Özbəkistan şirkətlərini ölkəmizin əlverişli investisiya və biznes mühitindən yararlanmağa dəvət etdik",- deyə bildirib .
Sənaye, #energetika, #investisiya, kiçik və orta #biznes, #ticarət, #nəqliyyat-tranzit və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün geniş imkanlar var. Bu barədə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında ətraflı müzakirə apardıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 1, 2022
1/2

