
Mikayıl Cabbarov: Ümumi Daxili Məhsul əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% artıb
"2022-ci ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% artaraq 98 milyard 77,8 milyon manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,1% artaraq 50 milyard 285,8 milyon manat olub. Qeyri-neft-qaz sektorunda artımın əvvəlki ildə olan artım tempi ilə müqayisədə sürətlənməsi prosesi davam edir".
"Fins.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında məlumat verib