
MİDA Gəncədə yaşayış kompleksinin ərazisində 3 bina və orta məktəbin tikintisinə 16,5 milyon manata yaxın vəsa
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Gəncədə yaşayış kompleksinin ərazisində 3 bina və orta məktəbin tikintisinə 16,5 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, “HN Construction” MMC ilə 6 milyon 862,607 min manat məbləğində müqavilə imzalanıb. Müqavilə Gəncə şəhərində yaşayış kompleksinin ərazisində orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsini nəzərdə tutur.
“Hünər İnşaat Firması” ilə imzalanan ikinci müqavilə yaşayış kompleksinin ərazisində 10, 11 və 12 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisini nəzərdə tutur. Müqavilənin dəyəri – 9 milyon 579,939 min manatdır.
Xəbər verildiyi kimi, kompleks Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə inşa olunacaq.
Hazırda MİDA Bakıda sosial mənzil tikintisi üzrə 3 layihənin reallaşdırılması ilə məşğuldur – ikisi Yasamal rayonunda və biri Hövsan qəsəbəsində. Həmçinin “MİDA” Sumqayıt şəhərində çoxmənzilli yaşayış kompleksi inşa edi