“Microsoft Office 365” üçün “Kaspersky Security” həllinin yeni versiyası 180 gün ərzində pulsuz olacaq

“Microsoft Office 365” üçün “Kaspersky Security” həllinin yeni versiyası 180 gün ərzində pulsuz olacaq

BİZNES
731

“Microsoft Office 365” üçün “Kaspersky Security” həllinin yeni versiyası 180 gün ərzində pulsuz olacaq.

Artıq bu məhsul kiber təhdidlərdən yalnız “Exchange Online” və “OneDrive” xidmətlərini deyil, həmdə “SharePoint Online” yaddaşını qoruyur, həmçinin “Microsoft Teams” vasitəsilə təhlükəsiz fayl paylaşımını təmin edir. Bu o deməkdir ki, əgər işçi çatlarda və kanallarda zərərli fayl bölüşməyə çalışsa da, digər istifadəçilər onu açmayacaqlar, çünki qoruyucu məhsul dərhal bu faylı karantin zonasına göndərəcək.

Yeni versiyada fişinq əleyhinə imkanlar daha da yaxşılaşdırılıb və etibarlı poçt domenləri siyahısını yaratmağa imkan verən yeni funksiya əlavə edilib. İndi bu məhsul saxta domenlərdən göndərilən zərərli məktubları tanıya bilir. Bu, korporativ istifadəçiləri həmkarlar və subpodratçılardan gələn məktub adı ilə göndərilən hədəflənən fişinq hücumlarından qorumaq üçün edilir.

Bundan əlavə, “Microsoft Office 365” üçün “Kaspersky Security”, “SharePoint Online” yaddaşı vasitəsilə zərərli proqramların korporativ şəbəkəyə yayılmasına imkan vermir. Həll “Microsoft Teams”-ə yükləndikdən dərhal sonra hər bir faylı araşdırır və zərərli proqramı tanıdıqda dərhal karantin zonasına keçirir, İT şöbəsinin əməkdaşı isə nəticələr və statistika barədə hesabat alır.

Təşkilatlar altı aylıq pulsuz lisenziyanı //cloud.kaspersky.com/ ünvanında qeydiyyatdan keçərək əldə edə bilərlər. Lisenziya 26 iyun 2020-ci il tarixinədək aktivləşdirilə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Microsoft Office 365” üçün “Kaspersky Security” həllinin yeni versiyası 180 gün ərzində pulsuz olacaq — Fins.az — Fins.az