Metatesk startapı “Forbes 30 Under 30 Summit”də Azərbaycanı təmsil edir

Metatesk startapı “Forbes 30 Under 30 Summit”də Azərbaycanı təmsil edir

BİZNES
294

Azərbaycan “Forbes 30 Under 30 Summit”də innovasiya və PR sahəsində təmsil olunur

Fins.az - 19–22 aprel tarixlərində ABŞ-nin Arizona ştatının Finiks şəhərində keçirilən nüfuzlu “Forbes 30 Under 30 Summit” beynəlxalq tədbirində Azərbaycan iki fərqli istiqamətdə – təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən “Metatesk” startapı və PR sahəsinin nümayəndəsi Aida Ramiz ilə təmsil olunub.

“Metatesk” 6 nəfərlik heyətlə sammitdə iştirak edir

Azərbaycanı təmsil edən “Metatesk” startapı tədbirdə 6 nəfərlik heyətlə çıxış edir. Təhsil texnologiyaları (EdTech) sahəsində fəaliyyət göstərən startap VR və süni intellekt texnologiyalarını birləşdirərək təhsili daha interaktiv və immersiv formaya gətirən innovativ platforma kimi təqdim olunur.

“Forbes 30 Under 30 Summit” dünya üzrə gənc liderləri, sahibkarları və innovatorları bir araya gətirən qlobal platforma kimi innovasiya, texnologiya və biznes sahələrində ən son trendlərin müzakirə olunduğu mühüm tədbirlərdən biridir.

“Metatesk”in bu sammitdə iştirakı Azərbaycanın gənc texnoloji ekosisteminin inkişafını, startap potensialını və beynəlxalq arenada artan mövqeyini nümayiş etdirir. Startapın tədbirdə iştirakı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Aida Ramiz “Forbes Under 30” platformasında Azərbaycanı təmsil edən ilk PR mütəxəssisi kimi çıxış edib

Eyni sammit çərçivəsində Azərbaycan PR və kommunikasiya sahəsində də tarixi iştirakla yadda qalıb. “PR Point Baku”nun təsisçisi və direktoru Aida Ramiz Azərbaycanı bu platformada təmsil edən ilk PR meneceri kimi çıxış edib.

O, tədbir çərçivəsində “Thunderbird School of Global Management”də keçirilən görüşdə könüllü mentor qismində iştirak edərək tələbələrlə bir araya gəlib. Görüş zamanı “Thunderpreneur”, “Thunderbird Venture Capital” və “Thunderbird Women in Business” klublarının üzvləri ilə kiçik qruplar formatında fikir mübadiləsi aparılıb.

Aida Ramiz iştirakçılarla şəxsi təcrübəsini bölüşüb, sahibkarlıq və peşəkar inkişaf istiqamətində tövsiyələr verib. Görüşün əsas məqsədi gənclərin sahibkarlıq baxışını genişləndirmək və onların hədəflərinin formalaşmasına dəstək olmaq olub.

Azərbaycan üçün beynəlxalq görünürlük və yeni imkanlar

“Forbes 30 Under 30 Summit” kimi qlobal platformada Azərbaycan təmsilçiliyinin genişlənməsi ölkənin innovasiya və kommunikasiya sahəsində artan potensialını nümayiş etdirir.

Startap sahəsindəki çıxışı və Aida Ramizin PR istiqamətində beynəlxalq fəaliyyəti Azərbaycanın həm texnologiya, həm də kommunikasiya sektorunda qlobal rəqabət qabiliyyətinin gücləndiyini göstərir. Bu təmsilçilik eyni zamanda yerli mütəxəssislərin beynəlxalq şəbəkələrə inteqrasiyası və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətli hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Metatesk startapı “Forbes 30 Under 30 Summit”də Azərbaycanı təmsil edir — Fins.az — Fins.az