Mənzil qiymətlərində 33 ilin ən sürətli artımı

Mənzil qiymətlərində 33 ilin ən sürətli artımı

BİZNES
767

Dünyanın müxtəlif yerlərindən verilən mənzil qiymətlərinə dair göstəricilər bazarın "qızdığına" işarə etməyə davam edir.

Fins.az xəbər verir ki, Böyük Britaniyanın ardından ABŞ-dan gələn məlumatlar da mənzil qiymətlərində sürətli artımların davam etdiyini göstərib.

ABŞ-da "S&P CoreLogic Case-Shiller" indeksi Apreldə illik 14,6% artıb. Bu artım 1988-ci ildən bu yana ən sürətli illik artımdır. Mart ayında indeksdə 13,2%-lik artım yaşanmışdı.

Aşağı kredit faizləri, şəhərətrafı evlərə artan tələb və mənzil təklifinin azalması qiymətlərin yüksəlməsinə səbəb olur. 

Birləşmiş Krallıqda da mənzil qiymətlərində son 17 ilin ən sürətli artımı qeydə alınıb. "Nationwide Building Society"nin məlumatlarına görə, ölkədə mənzil qiymətləri İyunda illik olaraq 13,4% artıb. Mənzil qiymətlərində 2004-cü ilin Noyabr ayından bu yana ən sürətli artım baş verib. Ölkədə mənzillərin orta hesabla qiyməti 254 min sterlinq səviyyəsini aşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...