“Mənzil” gəmisi Orta Dəhliz logistikasına əlavə güc verəcək - Eldar Salahov

“Mənzil” gəmisi Orta Dəhliz logistikasına əlavə güc verəcək - Eldar Salahov

BİZNES
376

Yaxın aylarda Bakı Limanında ikinci yükdaşıma gəmisinin suya buraxılması planlaşdırılır. Yeni gəmi “Mənzil” adlandırılacaq.

Fins.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Dəniz Limanı MMC-nin baş direktoru Eldar Salahov Bakı Limanında “Gadamly” gəmisinin qarşılanma mərasimində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, “Mənzil” gəmisinin istismara verilməsi regionda yükdaşımaların həcminin artırılması və logistika imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Eldar Salahov həmçinin bildirib ki, “Gadamly” gəmisinin fəaliyyəti xalqlar arasında daha sıx və mehriban münasibətlərin formalaşmasına, eləcə də region ölkələri arasında nəqliyyat əlaqələrinin güclənməsinə töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Mənzil” gəmisi Orta Dəhliz logistikasına əlavə güc verəcək - Eldar Salahov — Fins.az — Fins.az