Mənzil böhranı Bakıda müzakirə ediləcək — WUF13 başlayır

Mənzil böhranı Bakıda müzakirə ediləcək — WUF13 başlayır

BİZNES
385

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram ictimaiyyətə təqdim olunub.

Fins.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, proqram dünyanın ən aktual çağırışlarından biri olan mənzil təminatı məsələsini müzakirə etmək üçün müxtəlif maraqlı tərəfləri və beynəlxalq nümayəndələri WUF13 çərçivəsində bir araya gətirir.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş forum dayanıqlı şəhər inkişafı ilə bağlı həllərin müzakirəsi, siyasət yanaşmalarının formalaşdırılması və qlobal fəaliyyətlərin sürətləndirilməsi üçün platforma yaradacaq.

WUF13 çərçivəsində milli hökumətlər, icmalar, mütəxəssislər və beynəlxalq tərəfdaşlar bir araya gələrək şəhərsalma sahəsində qlobal əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

Proqram praktik və həll yönümlü platformalar, interaktiv görüş formatları və yüksək səviyyəli müzakirələr vasitəsilə qlobal siyasətin yerli təcrübələrlə əlaqələndirilməsini hədəfləyir.

Dialoqlar: qlobal mənzil gündəliyi

WUF13 proqramının əsas hissəsini təşkil edən yüksək səviyyəli dialoqlarda mənzil təminatı inklüzivlik, dayanıqlılıq və şəhər sistemləri ilə əlaqəli şəkildə müzakirə olunacaq. Bu çərçivədə aşağıdakı mövzular gündəmə gətiriləcək:

  • Qlobal mənzil böhranı və çıxış yolları

  • Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası

  • Böhran sonrası şəhərlərin bərpası

  • İqlim və mənzil siyasətinin əlaqəsi

  • Sosial və iqtisadi təsirlər

  • Mənzil maliyyələşdirilməsində yeni yanaşmalar

Müzakirələrin məqsədi qlobal problemlərin praktiki həll variantları ilə əlaqələndirilməsidir.

Xüsusi sessiyalar

Forum çərçivəsində iqlimə uyğunlaşma, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, inklüziv şəhər inkişafı və maliyyələşdirmə mexanizmləri kimi mövzulara həsr olunmuş xüsusi sessiyalar da təşkil olunacaq.

Sessiyalar müxtəlif regionların təcrübələrini, innovativ yanaşmalarını və tərəfdaşlıq imkanlarını nümayiş etdirəcək.

Assambleyalar və dəyirmi masalar

Assambleyalar yerli və regional hökumətlər, biznes dairələri, qadınlar, gənclər, parlament nümayəndələri və digər maraqlı tərəflər arasında dialoqu təşviq edəcək.

Dəyirmi masalar isə 12 istiqamət üzrə fəaliyyət yönümlü müzakirələri əhatə edəcək:

  • BMT strukturları

  • Yerli və regional hökumətlər

  • Biznes təşkilatları

  • Qadınlar və gənclər

  • Əlilliyi olan şəxslər

  • Akademik dairələr

  • Vətəndaş cəmiyyəti

  • Yerli xalqlar və digər qruplar

Forumun təşkilatçıları qeyd edib ki, WUF13 qlobal mənzil təminatı və dayanıqlı şəhər inkişafı üzrə mühüm beynəlxalq platforma olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mənzil böhranı Bakıda müzakirə ediləcək — WUF13 başlayır — Fins.az — Fins.az