
Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb
Fins.az - May ayında ölkədə istehsal olunan elektrik enerjisinin 33 faizi bərpaolunan enerji mənbələri hesabına təmin edilib.
Məlumata görə, ay ərzində ümumilikdə 2 milyard 83,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bunun 689 milyon kilovat-saatı bərpaolunan enerji mənbələrinin payına düşüb.
Hesabat dövründə günəş, külək və su enerji mənbələri elektrik enerjisi istehsalında mühüm rol oynayıb.