“Mall”lar, gözəllik salonları ikihəftəlik bağlandı

“Mall”lar, gözəllik salonları ikihəftəlik bağlandı

BİZNES
964

Xəbər verdiyimiz kimi, bu gündən etibarən ölkədə sərt karantin rejimi başlayır. 

Operativ Qərargahın yayımladığı məlumata görə aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır:

Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

muzey və sərgi zallarının fəaliyyəti;

bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi tətbiq ediləcək. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Mall”lar, gözəllik salonları ikihəftəlik bağlandı — Fins.az — Fins.az