Mağazalar şəbəkəsi 22 milyon manata yaxın borc alır

Mağazalar şəbəkəsi 22 milyon manata yaxın borc alır

BİZNES
1,866

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın “Optimal Elektronika” şirkətinə 11,5 milyon avro ekvivalentində yerli valyutada (təxminən 21,7 milyon manat) kredit ayıracaq.

Fins.az  xəbər verir ki, “Optimal Elektronika” artan tələbi qarşılamaq üçün fəaliyyətini genişləndirmək məqsədilə kredit cəlb edir.

1997-ci ildən fəaliyyət göstərən və bazarda aparıcı şirkətlərdən biri olan “Optimal Elektronika” hazırda ölkə üzrə 79 satış mağazası ilə müştərilərə xidmət göstərir.

Bank tərəfindən ayrılan vəsait yeni inzibati binanın və anbarın tikintisi, resursların planlaşdırılması üzrə SAP proqram təminatının alınması və qısamüddətli bank kreditlərinin yenidən maliyyələşdirilməsi üçün istifadə olunacaq. Həmçinin AYİB-in ayırdığı kredit satışların gözlənilən artımı ilə əlaqədar şirkətin dövriyyə vəsaitinin maliyyələşdirilməsinə sərf ediləcək.

© Marja

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mağazalar şəbəkəsi 22 milyon manata yaxın borc alır — Fins.az — Fins.az