Ləğv prosesində olan bankın 2,25 milyon manatlıq əmlakı hərraca çıxarılıb

Ləğv prosesində olan bankın 2,25 milyon manatlıq əmlakı hərraca çıxarılıb

BİZNES
1,032

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti martın 28-də saat 10:00-da "Dəmirbank" ASC-ə məxsus 4 fərdi yaşayış evin satışı üzrə hərrac keçiricək.

Bu barədə Fins.Az-a Dövlət Xidmətindən bildirilib.

Hərraca çıxarılacaq evlərin start qiyməti 2,2 milyon - 2,225 milyon manat arasında dəyişir. Start qiymətinin 10 %-i beh olaraq ödənilməlidir.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Xatırladaq ki, “DəmirBank” ASC-nin lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən 23 dekabr 2017-ci ildən ləğv edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ləğv prosesində olan bankın 2,25 milyon manatlıq əmlakı hərraca çıxarılıb — Fins.az — Fins.az