“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsində 13 ölkə iştirak edəcək

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsində 13 ölkə iştirak edəcək

BİZNES
365

13 ölkə “Şimal-Cənub” dəhlizi layihəsində iştirakını təsdiqləyib

Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri İqor Levitin Beynəlxalq Sibir Nəqliyyat Forumunun plenar iclasında videobağlantı vasitəsilə bildirib.

“Şimal-Cənub dəhlizi layihəsində iştirak edən demək olar bütün ölkələrlə - onların sayı 13-dür – razılaşma əldə edilib, onların hamısı iştirakını təsdiqləyib”, - o deyib.

Levitin əlavə edib ki, hazırda Şimal Dəniz Yollarına (ŞDY) çıxışın inkişafına təcili ehtiyac var: “Uralda və Sibirdə dəmir yolu xətlərinin tikintisi layihəsini həyata keçirmək lazımdır. Bu, Transsibir magistralında sıxlığı aradan qaldıracaq və Asiya ölkələrinə yükdaşımaları artıracaq”.

Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi Süveyş kanalına alternativ kimi nəzərdən keçirilir. Dəhlizin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsində 13 ölkə iştirak edəcək — Fins.az — Fins.az