“Şahdəniz” yatağında qaz hasilatı 27,9 milyard kubmetr olub

“Şahdəniz” yatağında qaz hasilatı 27,9 milyard kubmetr olub

BİZNES
274

2025-ci ildə Azərbaycanın Xəzər dənizində yerləşən “Şahdəniz” yatağında təbii qaz hasilatı 27,9 milyard kubmetr təşkil edib.

Finss.az Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 milyard kubmetr və ya 0,4% artım deməkdir.

2024-cü ildə isə “Şahdəniz” yatağında qaz hasilatı 27,8 milyard kubmetr olub. Ümumilikdə, 2025-ci ildə Azərbaycan 51,5 milyard kubmetr təbii qaz hasil edib ki, bu da əvvəlki ilin hədəfi ilə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4% artım göstərir.

Xatırladaq ki, 1999-cu ildə kəşf edilən “Şahdəniz” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir və dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Yatağın ümumi ehtiyatları 1 trilyon kubmetr qaz və 243 milyon ton kondensat təşkil edir. “Şahdəniz” qaz layihəsinin uğurlu icrası Azərbaycanı beynəlxalq bazarlarda qaz ixrac edən əsas ölkələrdən birinə çevirib.

2006-cı ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycan Gürcüstan və Türkiyə bazarlarına təbii qaz ixrac etməyə başlayıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Şahdəniz” yatağında qaz hasilatı 27,9 milyard kubmetr olub — Fins.az — Fins.az