Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

BİZNES
148

Fins.az - Asiya bazarları üçün etalon hesab edilən Nyukasl kömürünün iyun fyuçerslərinin qiyməti son 2,5 ilin ən yüksək səviyyəsinə çatıb.

Məlumata görə, kömür fyuçerslərinin qiyməti 1,51 faiz artaraq bir ton üçün 152,25 ABŞ dolları təşkil edib.

Bu göstərici 2023-cü il dekabrın 3-dən bəri qeydə alınan ən yüksək səviyyədir.

Eyni zamanda, “API2” Rotterdam kömür fyuçerslərinin qiyməti də artaraq may ayında 112 dollar olduğu halda hazırda 137,3 dollara yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib — Fins.az — Fins.az