Kommersiya hüquqi şəxslərin 90,4 faizi MMC formasında yaradılıb

Kommersiya hüquqi şəxslərin 90,4 faizi MMC formasında yaradılıb

BİZNES
1,096

Cari ilin avqustun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Fins.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 min 934 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artım deməkdir.

2023-cü ilin iyul ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin iyul ayı ilə müqayisədə 34,3 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 0,7 faiz artıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kommersiya hüquqi şəxslərin 90,4 faizi MMC formasında yaradılıb — Fins.az — Fins.az