KOBİA və Özbəkistanın biznes ombudsmanı əməkdaşlıq edəcək

KOBİA və Özbəkistanın biznes ombudsmanı əməkdaşlıq edəcək 

BİZNES
1,025

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

"Fins.az" xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayımlayıb. 

Məlumata görə,iclas çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və  Özbəkistan Respublikasının Prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəd iki ölkə arasında sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində əməkdaşlığı, birgə və əlaqələndirilmiş tədbirləri nəzərdə tutur.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
KOBİA və Özbəkistanın biznes ombudsmanı əməkdaşlıq edəcək — Fins.az — Fins.az