
KOBİA və “CCN Group” Azərbaycanda səhiyyə sahəsinə investisiyaları müzakirə edib
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)və Türkiyənin “CCN Group”u arasında Azərbaycanda həyata keçirilə biləcək səhiyyə layihələrinə investisiya qoyuluşu məsələləri müzakirə olunub.
Bu barədə “Fins.az" a KOBİA-dan məlumat verilib.
Məlumata görə, müzakirələr KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun CCN Group”un İdarə Heyətinin üzvü Burak Vardan ilə görüşü zamanı aparılıb