KOBİA Ukraynanın Ticarət və Sənaye Palatası ilə memorandum imzalayıb

KOBİA Ukraynanın Ticarət və Sənaye Palatası ilə memorandum imzalayıb

BİZNES
807

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Ukraynanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair memorandum imzalayıb. KOBİA-dan bildirilib ki, sənəd yanvarın 31-də Kiyevdə keçirilmiş Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclasında imzalanıb. KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikovun imzaladığı memorandumda KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə məlumat və təcrübə mübadiləsinə, birgə tədbirlərin təşkilinə dair məsələlər öz əksini tapıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
KOBİA Ukraynanın Ticarət və Sənaye Palatası ilə memorandum imzalayıb — Fins.az — Fins.az