KOBİA: Sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılması üçün 550 investisiya layihəsi təqdim ediblər

KOBİA: Sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılması üçün 550 investisiya layihəsi təqdim ediblər

BİZNES
405

Azərbaycanın azad edilmiş ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda layihələrdə iştirak üçün 1200-dən artıq sahibkar tərəfindən təkliflər irəli sürülüb.

Bu barədə KOBİA-nın sədr müavini Samir Hümbətov deyib.

“İkinci Qarabağ müharibəsində qələbədən sonra 14 dekabr 2020-ci ildən etibarən azad edilmiş ərazilərdə bizneslə məşğul olmaq istəyənlərdən ərizələrin qəbuluna başladıq. Beləliklə, indiyədək investisiylar və xidmət sahələri də daxil olmaqla müxtəlif istiqamətli 1200-dən çox ərizə qəbul olunub”, - Hümbətov çərşənbə günü “Rebuild Karabakh” sərgisi çərçivəsində “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirələrdə bildirib.

Hünbətov qeyd edib ki, qəbul edilən ərizələrdən 550-si investisiya layihələridir. Bu layihələr istehsal və emal ilə məşğul olan müəssisələrin tikintisini nəzərdə tutur, qalan 700-ə yaxın ərizə - xidmət sahəsinə aiddir.

O bildirib ki, investisiya layihələrinin 35%-i ticarət və xidmət sahələrini, 28%-i – sənaye, 26%-i – ASK, qalanı – turizm, təhsil, mədəniyyət sahəsini əhatə edir. Xidmət sahəsində layihələrin 69%-i tikinti və bərpa işləri ilə əlaqədardır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
KOBİA: Sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılması üçün 550 investisiya layihəsi təqdim ediblər — Fins.az — Fins.az