KOBİA məsləhət xidmətlərinin göstərilməsi üçün podratçı seçir

KOBİA məsləhət xidmətlərinin göstərilməsi üçün podratçı seçir

BİZNES
942

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məsləhət xidmətlərinin göstərilməsi və treninqlərin keçirilməsi üçün podratçı seçir.

Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 1,3 min manatdır.

Tender təklifləri 2 aprel saat 16:00-dək qəbul olunur. Tender proseduru 3 aprel saat 16:00-da baş tutacaq.

Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə xidmətlərin göstərilməsi daxildir. Agentliyin tərkibində “Kiçik və orta sahibkarlıq evi” fəaliyyət göstərəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
KOBİA məsləhət xidmətlərinin göstərilməsi üçün podratçı seçir — Fins.az — Fins.az