KOBİA Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Anlaşma Memorandumu imzalayıb

KOBİA Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Anlaşma Memorandumu imzalayıb

BİZNES
512

Tbilisində keçirilmiş Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cü iclası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Fins.az" KOBİA-ya istinadən xəbər verir ki, sənədi qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın prezidenti Georgi Pertaya imzalayıb.

Anlaşma Memorandumunda Azərbaycan və Gürcüstan KOB-ları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlıq, ticarət, investisiya və sahibkarlıq sahəsində informasiya, KOB-lara göstərilən dəstəyə dair təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
KOBİA Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Anlaşma Memorandumu imzalayıb — Fins.az — Fins.az