KOBİA bu sahibkarların “Startap” şəhadətnaməsi üçün müraciətinə baxıb

KOBİA bu sahibkarların “Startap” şəhadətnaməsi üçün müraciətinə baxıb

BİZNES
416

“Startap” şəhadətnaməsi ilə bağlı müraciətlərə baxılması məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.

Fins.az xəbər verir ki, iclasda “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) sahibkarlıq subyektlərindən daxil olmuş aqrar sahə üzrə "ağıllı cihaz", bank-maliyyə, elektron ticarət və logistika sahələri üzrə innovativ həllərə dair müraciətlərə baxılıb.

Qeyd edək ki,“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Bu isə startapa gəlirini startap layihələrinin inkişafına yönəltməyə və böyüməyə imkan verir. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışı asanlaşdırır. 

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
KOBİA bu sahibkarların “Startap” şəhadətnaməsi üçün müraciətinə baxıb — Fins.az — Fins.az