Kirayə mənzillərin qiymətləri və aylıq ödənişləri məlum oldu

Kirayə mənzillərin qiymətləri və aylıq ödənişləri məlum oldu

BİZNES
1,039

Kirayə mənzil mexanizmi ilə mənzil alanlara Bakıda "Qara Qarayev" metro stansiyası yaxınlığında mənzilin 1 kvadrat metri (kv.m) təxminən 3000 manata başa gələcək.

Fins.az-ın məlumatına görə  artıq bir sıra müraciətçilər mənzil seçiminə başlayıblar. Onlara edilən təklifə görə, Bakıda Mehdi Abbasov küç, 13A, 15 və 138 ünvanlarında yerləşən mənzilin 1 kvadrat metrinin alış dəyəri 3000 manat civarındadır.

Məsələn, 86,4 kv.m mənzilin kirayəçi tərəfindən alış qiyməti 262 min 143 min manatdır. Yəni, mənzilin 1 kv.m-i 3034 manata təklif olunur. Bu mənzili seçən 300 ay müddətində hər ay 874 manat ödəməlidir. Qabaqcadan ödənişin məbləği isə 10 min 486 manatdır. Qeyd edək ki, qabaqcadan ödəniş alış qiymətinə daxildir. 

102,6 kv.m mənzilin alış dəyəri isə 302 min 145 manatdır (1 kv.m-i 2944 manat). Aylıq ödəniş 1007 manat, qabaqcadan ödəniş isə 12 min 58 manatdır.

66,4 kv.m mənzil isə kirayəçiyə 300 ayın sonunda 196 min manata, yəni 1 kvadrat metri 2951 manata başa gələcək. Bu mənzili seçə bilən öncədən 7840 manat, 300 ay müddətində hər ay isə 653 manat manat ödəməlidir.

Mehdi Abbasov küçəsindəki yaşayış binasından mənzil seçənlərin aylıq ödənişləri mənzilin sahəsindən asılı olaraq 653 manat - 1513 manat civarında olacaqdır.   

Fins.az-ın əldə etdiyi məlumata görə mənzilin seçilməsi mərhələsinə çatan kirayəçilərin çoxu məyus olublar. Onların bir çoxu mənzil seçməkdən imtina ediblər. Onlar hesab edirlər ki, ipoteka ilə mənzil almaq kirayə mənzil mexanizmindən sərfəlidir. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kirayə mənzillərin qiymətləri və aylıq ödənişləri məlum oldu — Fins.az — Fins.az