Kənd təsərrüfatı istehsalı 1,2 faiz artıb

Kənd təsərrüfatı istehsalı 1,2 faiz artıb

BİZNES
278

Fins.az - Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 1 milyard 140,6 milyon manat təşkil edib. Bunun 1 milyard 77,9 milyon manatı heyvandarlıq, 62,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,2 faiz artıb. Bu artım heyvandarlıqda 0,9 faiz, bitkiçilikdə isə 5,3 faiz olub.

Hesabat dövründə 93,1 min ton ət (quş əti daxil olmaqla), 321,3 min ton süd və 362,2 milyon ədəd yumurta istehsal edilib. Ət istehsalı 2 faiz artsa da, süd istehsalı 0,4 faiz, yumurta istehsalı isə 3,3 faiz azalıb.

İlk iki ayda təsərrüfatlarda 50,2 min ton tərəvəz istehsal olunub ki, bu da illik müqayisədə 5,3 faiz çoxdur. Eyni zamanda, ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkini davam edir və martın 1-dək 58,8 min hektardan çox sahədə əkin aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kənd təsərrüfatı istehsalı 1,2 faiz artıb — Fins.az — Fins.az