İxracla bağlı sualı olan fiziki və hüquqi şəxslərin nəzərinə

İxracla bağlı sualı olan fiziki və hüquqi şəxslərin nəzərinə

BİZNES
853

Xüsusi karantin rejimi zamanı qeyri-neft sektoru üzrə ixracla məşğul olan fiziki və hüquqi şəxslərin müvafiq sənədləri və sertifikatları almaqda çətinliklə üzləşməmələri üçün “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi onlara onlayn qaydada xidmətlərini təklif edir.

Fins.az-ın məlumatına görə, İİTKM –ın department rəhbəri Nicat Hacızadə bildirib ki, aprel ayının ilk on günü ərzində sahibkarların ixracla bağlı müraciətləri cavablandırılıb. Onlara müxtəlif məhsulların ixracı ilə bağlı tələb olunan sənədlər verilib. Həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin əməkdaşları xüsusi karantin rejimi zamanı ixrac həyata keçirilərkən nəzərə alınması zəruri olan məsələlərlə bağlı sahibkarları maraqlandıran sualları da cavablandırıblar.

Qeyri-neft sektoru üzrə ixrac həyata keçirmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakı link vasitəsi ilə müvafiq sənədlərlə bağlı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edə bilər:

 

İqtisadiyyat Nazirliyi: İ[email protected] 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi: [email protected] 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: [email protected] 

Mədəniyyət Nazirliyi: [email protected] 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: DQİ[email protected] 

Qeyd edilən e-maillərlə bərabər sahibkarlar [email protected] elektron ünvanına müraciətlərini göndərə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İxracla bağlı sualı olan fiziki və hüquqi şəxslərin nəzərinə — Fins.az — Fins.az