İstilik və isti su xidmətlərinin ümumi dəyəri 19,73 mln. manat olub

İstilik və isti su xidmətlərinin ümumi dəyəri 19,73 mln. manat olub

BİZNES
576

Hesabat dövründə 1396,5 min Qkal istilik enerjisi istehsal edilib, topdansatış qaydası ilə “Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzindən 138,3 min Qkal istilik alınıb.

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, istilik enerjisinin 99,6 %-i qaz yanacağı, 0,2 %-i elektrik enerjisi və 0,2 %-i dizel yanacağı istifadə edilməklə istehsal edilib.

İstilik itkiləri 13,2 %, qazın xüsusi sərfiyyatı 0,2 m³/Qkal azalaraq əvvəlki illə müqayisədə 140,2 m³/Qkal təşkil edib.

İstilik enerjisindən 4,6 min Qkal və ya ümumi istehsalın 0,3 %-i Şuşa şəhərində yeni tikilən qazanxanalarda istehsal edilib ki, ondan 1,6 min Qkal və 35,6% dizel yanacağı, 3 min Qkal və ya 64,4%-i elektrik enerjisi ilə işləyən qazanxanalarda istehsal edilib.

2024-cü ildə istehlakçı qrupları üzrə 19 730 min manat dəyərində xidmət göstərilib. Bu xidmətlərin 17919,9 min manatı və ya 90,8 %-i istilik təchizatı xidmətləri, 1242,6 min manatı və ya 6,3 %-i isti su təchizatı xidmətləri, 567,6 min manatı və ya 2,9 %-i xidmət müqavilələri üzrə olub. 2023-cü illə müqayisədə xidmətin həcmi 2322,3 min manat və ya 13,3 % artıb.

İstehlakçı qrupları üzrə yığım faizi büdcədən maliyyələşən təşkilatlar üzrə 101,1 %, digər müəssisə və təşkilatlar üzrə 82,4 %, əhali istehlakçıları üzrə 77.9 % təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İstilik və isti su xidmətlərinin ümumi dəyəri 19,73 mln. manat olub — Fins.az — Fins.az