
İstehlak qiymətləri indeksi açıqlanıb.
Fevral ayı üzrə istehlak qiymətləri indeksi açıqlanıb.
Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, , fevralda istehlak qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 100,7 faiz, bu ilin yanvar-fevral aylarında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 102,8 faiz olub.
Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi fevralda yanvar ayına görə 100,4 faiz, yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102,2 faiz təşkil edib.
Fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,1 faiz, yanvar-fevral aylarında isə ötən ilin eyni dövrünə görə 101,4 faiz olub.