İşğaldan azad edilmiş bu şəhərlərə yatırılan investisiyalar açıqlanıb

İşğaldan azad edilmiş bu şəhərlərə yatırılan investisiyalar açıqlanıb

BİZNES
479

İşğaldan azad olunmuş Ağdam, Xocalı və Xankəndi şəhərlərinə indiyədək iş adamları tərəfindən 100 milyona yaxın investisiya yatırılıb. Regionda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və məşğulluğun artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Fins.az xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müxtəlif iş adamları ilə Xankəndidə 426, Ağdərədə 80, Xocalıda isə 138 müqavilə imzalanıb.

Elçin Yusubov əlavə edib ki, bölgəyə köçürülən əhalinin məşğulluğunun təmin olunması məqsədilə xüsusi məşğulluq proqramları da icra edilir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. Forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunub və şəhərsalma, bərpa və dayanıqlı inkişaf sahəsində beynəlxalq müzakirə platforması rolunu oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İşğaldan azad edilmiş bu şəhərlərə yatırılan investisiyalar açıqlanıb — Fins.az — Fins.az