
İran Astara terminalı ilə Azərbaycana ixracı 3 dəfə artırıb
İran təqvim ilinin ilk iki ayı ərzində (martın 20-dən mayın 20-dək) ölkə özünün şimal Astara dəmir yolu terminalı vasitəsi ilə Azərbaycana 41 535 ton mal ixrac edib.
"Tehran Times" verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə (178%) çoxdur.
Şimal dəmir yolunun idarəedici direktoru Qulam Hüseyn bildirib ki, Azərbaycana ixrac olunan mallar əsəsən sement, sement klinkeri, kimyəvi məhsulları, plitələr, polad və məişət texnikası olub.
(c)APA