İnternet fırıldaqçıları tərəfindən istifadə edilən ən "təhlükəli" brendlər məlum olub

İnternet fırıldaqçıları tərəfindən istifadə edilən ən "təhlükəli" brendlər məlum olub

BİZNES
877

"Check Point" təhlükəsizlik şirkətinin mütəxəssisləri istifadəçilərin məlumatlarını oğurlamaq məqsədilə cinayətkarlar tərəfindən adından istifadə edilən brendlərin reytinqini tərtib ediblər. Fişinq cəhdlərinin ümumi sayına görə "Facebook" lider (18%) olub.

Fins.az internet fırıldaqçılarının 10%-i istifadəçilərin məlumatlarını ələ keçirmək üçün "Yahoo" xidmətlərini, 5%-i "Netflix" onlayn kinoteatrı və "PayPal" ödəmə sisteminin saytlarından istifadə edirlər. Fişinq cəhdlərinin 3%-i "Microsoft" və "Spotify", 2%-i isə "Apple", "Google", "Chase" və "Ray-Ban" şirkətlərinin payına düşür.

Əksər hallarda (48%) istifadəçiləri saxta veb saytlar vasitəsilə aldatmağa çalışırlar. Hücumların 27%-i elektron poçt, 25%-i isə mobil qurğular vasitəsilə həyata keçirilir.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İnternet fırıldaqçıları tərəfindən istifadə edilən ən "təhlükəli" brendlər məlum olub — Fins.az — Fins.az