
Bu ilin yanvarında əməkhaqqı 3,8% artıb
Fins.az - 2026-cı ilin yanvar ayı üzrə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8% artaraq 1 103,8 manat təşkil edib.
Bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
Fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 782 min nəfər olub ki, onların 861,4 mini dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Sektorlar üzrə işçilərin payı belə bölünüb: ticarət və nəqliyyat vasitələrinin təmiri – 18,6%, təhsil – 18,3%, sənaye – 13,8%, əhaliyə səhiyyə və sosial xidmətlər – 8,6%, tikinti – 6,5%, dövlət idarəetməsi və müdafiə; sosial təminat – 6,2%, nəqliyyat və anbar təsərrüfatı – 4,4%, peşə, elmi və texniki fəaliyyət – 3,8%, maliyyə və sığorta fəaliyyəti – 2,4%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 2,3%, iqtisadiyyatın digər sahələri – 15,1%.