Bu ilin ilk iki ayında büdcəyə daxilolmalar proqnozdan 2,7 % çox olub

Bu ilin ilk iki ayında büdcəyə daxilolmalar proqnozdan 2,7 % çox olub

BİZNES
471

2026-cı ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vasitəsilə dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait daxil olub.

Fins.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % az, proqnozdan isə 2,7 % çoxdur.

Daxilolmaların 2 milyard 286,5 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, bir il əvvələ nisbətən 8,2 % artım, proqnozdan isə 3,1 % çoxdur.

Xatırladaq ki, 2026-cı il üzrə Dövlət Vergi Xidməti tərəfindən büdcəyə 16,91 milyard manat vəsait köçürülməsi planlaşdırılır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ilin ilk iki ayında büdcəyə daxilolmalar proqnozdan 2,7 % çox olub — Fins.az — Fins.az